...

Novruz Məmmədov: Azərbaycan prezidentinin ABŞ səfəri bütün sahələrdə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qaldırıb

Siyasət Materials 1 May 2006 20:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri ikitərəfli əlaqələr tarixində yeni səhifə açıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTI telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, aparılan danışıqlar ikitərəfli əlaqələrə çox müsbət təsir göstərəcək, çünki bu səfər bütün sahələrdə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qaldırıb. Bundan sonra Azərbaycan regional lider kimi Avrasiyada gedən proseslərdə öz yerini tapacaq və öz rolunu, əhəmiyyətini göstərəcək.

Dağlıq Qarabağ münaqişəsinə dair danışaqlara gəldikdə, N.Məmmədov bildirib ki, dövlət başçısı ABŞ rəhbərliyi və prezident Corc Buşla görüşdə yenə öz mövqeyini açıqlayıb. Onun fikrincə, bu danışıqlar müəyyən səmərə verəcək. Belə ki, ABŞ-ın super dövlət və eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədri kimi rolunun gücləndirilməsini gözləmək olar.

N.Məmmədov deyib ki, görüşlər zamanı ikitərəfli əlaqələr, eləcə də İran problemi də daxil olmaqla, regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib, yəni problem beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsilə həll olunmalı və diplomatik yolla bu məsələyə birdəfəlik son qoyulmalıdır.

"Mən artıq görürəm ki, ABŞ doğurdan da bu regionda təhlükəsizliyin, stabilliyin bərpa olunmasında maraqlıdır, Azərbaycanın Avrasiyada gedən proseslərdə daha geniş, daha fəal iştirakını istəyir" - deyə N.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti