...

Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məsləhətləşmələri başlayıb

Siyasət Materials 2 May 2006 11:23 (UTC +04:00)
Moskvada  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məsləhətləşmələri başlayıb

Mayın 2-də Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə məsləhətləşmələri başlayıb. Bu barədə Trend ə ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik danışıqlar prosesinin hazırki mərhələsini, gələcək addımları müzakirə edirlər. Vasitəçilər həmçinin, Dağlıq-Qrarabağ münaqişəsi regionuna növbəti səfərlərinin aspektlərini müzakirə edirlər.

Qeyd edək ki, əvvəllər həmsədrlər Moskvadakı məsləhətləşmələrdən dərhal sonra Ermənistan və Azərbaycana səfər etməklə bağlı niyyətlərini ifadə etmişdilər.

Xəbər lenti

Xəbər lenti