...

Korrupsiyaya qarşı mübarizə ilə bağlı İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurası yaradılıb

Siyasət Materials 2 May 2006 18:35 (UTC +04:00)

Korrupsiyaya qarşı mübarizə ilə bağlı İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurası (İSTƏŞ) yaradılıb. Bu barədə Trend ə Azadlıq Hərəkatçılar Birliyi (AHB) Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.

Onu da qeyd edək ki, bu təşəbbüs AHB tərəfindən irəli sürülüb. T.Novruzov bildirib ki, korrupsiyaya qarşı birgə mübarizə aparmaq məqsədilə 20-dən artıq ictimai birlik və siyasi təşkilat bəyannampə imzalayıb. Bu sıraya Vətəndaş Həmrəyliyi Partiyası, Xalq Hərəkatçılar Partiyası, İslam-Demokrat Partiyası, Beynəlxalq Sülhsevər Birliyi, Korrupsiyaya Qarşı Mübarizə Fondu, Hüquq və Demokratik İslahatlar Mərkəzi, Azərbaycan Ziyalılar Hərəkatı və s. təşkilatlar daxildir.

T.Novruzov onu da bildirib ki, mayın 4-də saat 13.00-da Beynəlxalq Mətbuat Mərkəzində Korrupsiyaya qarşı mübarizə ilə bağlı İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı mətbuat konfransı düzənlənəcək.

Qeyd edək ki, AHB milli-azadlıq hərəkatının bir qrup fəalı tərəfindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti