...

İƏT Xarici işlər nazirləri Şurasının iclasında Bakı bəyannaməsi imzalanacaq

Siyasət Materials 3 May 2006 18:23 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının mayın 4-də Bakıda keçiriləcək XII iclasının yekunları üzrə Bakı bəyannaməsi imzalanacaq. Bu barələ Trend ə XİN-in mətbuat xidmətinin rəhbəri Mətin Mirzə xəbər verib.

Onun sözlərinə görə, Xarici işlər nazirləri şurasının XII iclasının gündəliyinə təşkilatın inkişaf perspektivləri ilə bağlı bir sıra məsələlər daxil ediləcək. İclas zamanı baş katibin məruzəsi dinləniləcək, yeni sədr seçiləcək, regional təşkilat çərçivəsində nəqliyyat və ticarət sahəsində əməkdaşlıq və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq. Nazirlər həmçinin, təşkilatın 2005-2006-cı illər büdcəsinə baxacaq və 2006-cı il üzrə fəaliyyət planını təsdiqləyəcək.

Bu məsələlr İƏT ölkələrinin yüksək səviyyəli ekspertlərinin görüşündə razılaşdırılıb.

Qeyd edək ki, İƏT-in tərkibinə 10 ölkə daxildir. Bu beynəlxalq təşkilat 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. Sonralar 1992-ci ildə bu iqtisadi təşkilata daha 6 müstəqil Asiya dövləti qoşulub. Bu keçmiş sovet respublikaları Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan və Özbəkistandır. Təşkilata ən axırıncı Əfqanıstan daxil olub.

İƏT-in əsas məqsədi üzv ölkələrin daimi və hərtərəfli sosial-iqtisadi inkişafı üçün şərait yaradılması, region dövlətləri iqtisadiyyatının dünyanın təsərrüfat əlaqələri sisteminə inteqşrasiya etməsi, eləcə də mədəniyyət, texnika və elm sahələrində fəal regional əməkdaşlığ əlaqələrinin qurulmasıdır.

1992-ci ilin əvvəlinədək İƏT çərçivəsində əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyırdı. 1992-ci ildən sonra isə təşkilat 7 yeni dövlətin qoşulması ilə olduqca fəallaşıb. Qazaxıstan İƏT-ə rəsmi olaraq nazirlər şurasının 1992-ci ilin noyabrında İslamabadda keçirilən fövqaladə iclasında daxil olub.

Xəbər lenti

Xəbər lenti