...

Zakir Qaralov: Hacı Məmmədov və vəkillərinin istintaq materialları ilə tanışlığı mərhələsi başa çatmaq üzrədir

Siyasət Materials 5 May 2006 12:44 (UTC +04:00)

Hacı Məmmədovun və onun vəkillərinin istintaq materialları ilə tanışlığı mərhələsi başa çatmaq üzrədir. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

Z.Qaralov bildirib ki, istintaq orqanı H.Məmmədovun və onun dəstəsinin üzvlərinin bir sıra ağır cinayətlərini üzə çıxararaq sübuta yetirib. Həmin cinayətlər qətl, adam oğurluğu, soyğunçuluq və digər əməllərdən ibarətdir. Yaxın günlərdə cinayət işinin materialları baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Məhkəmənin qapalı, yoxsa açıq keçirilməsi isə artıq işi icraatına götürəcək hakimin qərarından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti