...

Azərbaycan, Gürcüstan və Türkiyə qadınları Ceyhan terminalına baş çəkmək üçün Adanaya gəliblər

Siyasət Materials 5 May 2006 14:21 (UTC +04:00)

"H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri regionda sülhün, təhlükəsizliyin və sabitliyin təminatıdır" qadın aksiyasının iştirakçıları mayın 5-də günün ikinci yarısı Türkiyənin Adana şəhərinə gələcəklər. Bu barədə Trend in xüsusi müxbiri Türkiyədən məlumat verib.

Bu ərəfədə aksiya iştirakçıları Girəsun və Samsun əyalətlərinin qadın təşkilatlarının nümayəndələri ilə görüşüb. Mayın 5-də Gürcüstan prezidentinin anası, Gürcüstan-Azərbaycan dostluq evinin sədri Giuli Alasoniya da aksiya iştirakçılarına qoşulub.

Mayın 6-na olan tədbirlər proqramına Ceyhan terminalına baş çəkmək və şəhərin bələdiyyə rəhbərləri ilə görüşməkdir. Elə həmin gün axşam Azərbaycan, Gürcüstan və Türkiyənin tanınmış ifaçılarının iştirakı ilə konsert olacaq.

Xəbər lenti

Xəbər lenti