Avropa Birliyinin "Qonşuluq Siyasəti" proqramı çərçivəsində Cənubi Qafqazın 3 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan) ilə danışıqlar mayda başa çatır. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstan parlamentinin AB ilə inteqrasiya üzrə komitəsindən məlumat verilib.
Parlamentdən bildirilib ki, Avstriya sədr ölkə kimi Azərbaycan, Gürcüstan və Ermənistanla danışıqlar aparmağa və fəaliyyət planını razılaşdırmağa hazırdır.
Avstriyanın dövlət katibi Hans Vinkel bəyan edib ki, Cənubi Qafqaz regionu AB-yə qonşu olduğu üçün təşkilatın bu regionda tranzit və sabitlik kimi strateji məqsədləri var.
Proqram çərçivəsində danışıqlar ötən ilin dekabrından aparılır. Artıq Bakı, Tiflis və İrəvanda danışıqların 3 raundu keçirilib.