...

Hacıbala Abutalıbov: Heydər Əliyevin 83-cü ildönümü münasibətilə Bakıda Rəcəbli küçəsi istifadəyə verilib

Siyasət Materials 10 May 2006 17:08 (UTC +04:00)

Mayın 10-da mərhum prezident Heydər Əliyevin 83-cü ildönümü münasibətilə Bakı şəhərində Rəcəbli küçəsi istifadəyə verilib. Trend in xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.

"Hələ 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəcəbli küçəsinin açılması ilə bağlı qərarı olub. Möhtərəm prezident İlham Əliyevin də təşəbbüsü ilə H.Əliyevin ad günü münasibətilə biz bu küçənin açılışını etdik. Z.Bünyadov prospekti ilə F.Xoyski prospektini birləşdirən Rəcəbli küçəsi 90 min kv.m asvafalt örtüyü ilə örtülüb, küçə boyu 10 mindən artıq yaşıllıq salınıb" - deyə H.Abutalıbov bildirib.

H.Abutalıbov yaxın vaxtlarda Yaşıl Teatrın yenidən inşası ilə əlaqədar layihənin hazır olacağını da söyləyib. "Bu layihə ölkə başçısının da daim diqqətindədir" - deyə şəhər meri qeyd edib.

Xəbər lenti

Xəbər lenti