...

Nizaməddin Rzayev: Bakıya daxil olan içməli su beynəlxalq normalara tam cavab verir

Siyasət Materials 12 May 2006 13:02 (UTC +04:00)
Nizaməddin Rzayev: Bakıya daxil olan içməli su beynəlxalq normalara tam cavab verir

Bakıya daxil olan içməli su beynəlxalq normalara tam cavab verir. Bunu Azərbaycan paytaxtının 50-60 nöqtəsində mütəxəssislər tərəfindən aparılan gündəlik yoxlamalar təsdiq edir. Trend in verdiyi məlumata görə, bu barədə "Azərsu" açıq səhmdar cəmiyyətinin (ASC) fəaliyyətinin yekunları üzrə keçirilən mətbuat konfransında cəmiyyətin sədri Nizaməddin Rzayev məlumat verib.

Onun sözlərinə görə, Azersu -nun balansında bir neçə laboratoriya var. Bu laboratoriyalarda hər gün gün içməli suyun analizləri aparılır. "Tam əminliklə deyə bilərəm ki, Bakının 2400 km uzunluğa malik su kəmərləri şəbəkəsinə malitk olmasına, onun 150 km-nin magistral xəttlərin payına düşməsinəvə xəttlərin 60-70 faizinin fəaliyyət müddətinin başa çatmasına baxmayaraq, Bakı şəhərinə daxil olan su beynəlxalq keyfiyyət göstəricilərinə cavab verir", -deyə N.Rzayev bildirib.

Bununla yanaşı, o bildirib ki, dövlət planına görə, 2007-ci ilin sonuna kimi Azərbaycan sayğaclarla təmin olunacaq. "2005-ci ildə artıq 36 min sayğac quraşdırılıb, daha 50 min sayğacın isə bu il quraşdırlacağı ehtimal edilir", -deyə "Azərsu" SC-nin rəhbəri bildirib.

Sayğacların qiymətinə toxunan N. Rzayev bildirib ki, dövlət instansiyaları satışla bağlı dərhal bir neçə şirkətə müvafiq icazə verib. "Bu həm yerli və həm də xarici sayğaclar olacaq, ona görə də onların qiymətləri də müxtəlif olacaq", -deyə SC-in rəhbəri bildirib və hökumətin qərarına görə sayğacların abunəçilərin hesabına müəyyənləşdiriləcəyini xatırladıb.

Bununla yanaşı, N. Rzayev Azərsu-nun abunəçilərinin sayının 880 min təşkil etdiyini, onlardan 860 min nəfərinin əhalinin payına düşdüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti