...

Avropa Birliyi və Azərbaycan Bakıda Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını müzakirə edir

Siyasət Materials 12 May 2006 16:42 (UTC +04:00)

Mayın 15-də Bakıda Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Bu məqsədlə mayın 14-də AB-nin Mərkəzi və Şərqi Avropa ilə əlaqələr üzrə Baş direktorluğunun direktoru Hyuq Minqarellinin başçılıq etdiyi missiya Bakıya gələcək. Azərbaycan tərəfinə danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.

Görüşdə Fəaliyyət planının ilkin olaraq 5 illiyə nəzərdə tutulan yekun variantı üzrə müzakirələrin aparılacağı ehtimal edilir. Fəaliyyət planı siyasət, təhlükəsizlik, ticarət, mədəniyyət, sosial, hüquq və digər sahələri əhatə edir.

Sənədin layihəsi ilk dəfə Bakıda dekabrda müzakirə olunub. Danışıqların ikinci mərhələsi isə martın 7-də Brüsseldə keçirilib.

Xəbər lenti

Xəbər lenti