...

Saat 12.00-dək 10 dairə üzrə 62812 nəfər (16,06 %) səsvermədə iştirak edib

Siyasət Materials 13 May 2006 13:15 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində mayın 13-də Azərbaycanda keçirilən təkrar parlament seçkilərində saat 12.00-dək seçicilərin fəallığına dair məlumatlar açıqlanıb. Trend in məlumatına görə, "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında mətbuat konfransı keçirib.

O, bildirib ki, səhər saat 10.00-dək 10 dairə üzrə 27 min 309 nəfər - seçicilərin ümumilikdə 6,98 faizi səsvermədə iştirak etmişdi. Lakin saat 12.00-dək artıq 62812 nəfər - yəni 10 dairə üzrə seçicilərin 16,06 faizi səsvermədə iştirak edib.

Səhər saat 12.00-dək ayrı-ayrı dairələr üzrə səsvermənin nəticələrinə gəldikdə 9 saylı Binəqədi ikinci seçki dairəsində seçicilərin 6,86 faizi, 31 saylı Suraxanı ikinci seçki dairəsində 10,17%, 38 saylı Gəncə-Nizami ikincidə 14,69%, 42 saylı Sumqayıt ikincidə 26,12%, 44 saylı Sumqayıt-Abşeronda 15,72%, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində 16,35 %, 103 saylı Gədəbəydə 16,79%, 106 saylı Tovuz-Qazax-Ağstafada 11,85 %, 110 saylı Zaqatalada 23,87%, 119 saylı Ağdam kənd seçki dairəsində 16,19 % səsvermədə iştirak edib.

Xəbər lenti

Xəbər lenti