...

AŞPA müşahidəçiləri səsvermənin normal keçdiyini qeyd edirlər

Siyasət Materials 13 May 2006 13:23 (UTC +04:00)

Saat 12.00-a olan vəziyyətə görə, səsvermə prosesinin gedişində hər hansı hüquq pozuntusu aşkar olunmayıb. Səsvermə sakit, qanuna uyğun keçir. Trend in verdiyi məlumata görə, bu barədə 9 №-li Binəqədi ikinci seçki dairəsinin 4-cü seçki məntəqəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü, fransalı senator Jan Gi Dranje bildirib.

O qeyd edib ki, bu gün o, artıq Binəqədi rayonunun 3 seçki məntəqəsində olub. "Biz seçki məntəqələri sədrlərinin adlarını, seçicilərin sayını, eləcə də həmin məntəqədə öz müşahidələrimizin yekunlarını xüsusi blanklara daxil etmişik" - deyə J.Dranje bildirib və bütün blankların missiyanın rəhbəri, hollandiyalı parlamentari Leo Platvoetə təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, AŞPA missiyasının müşahidələri üzrə mətbuat konfransı mayın 14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti