...

Yerli və bolqar müşahidəçilər səslərin paralel sayılmasına əsasən seçkinin nəticələrini açıqlayıblar

Siyasət Materials 14 May 2006 15:00 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "Şəffaf seçkilər" Monitorinq Mərkəzi Bolqarıstanın "Azad və demokratik seçkilər uğrunda vətəndaş cəmiyyəti" ilə birgə dünənki təkrar parlament seçkilərində "exit-poll" və "quick couit" (tez bir zamanda səslərin paralel hesablanması) keçiriblər. Trend in məlumatına görə, mayın 14-də keçirilən mətbuat konfransında bu nəticələr KİV-lərə açıqlanıb.

Qeyd edək ki, adları çəkilən təşkilatlar yalnız 103 saylı Gəbədəy dairəsi istisna olmaqla, qalan bütün dairələrdə səslərin paralel sayılmasını həyata keçiriblər. Ümumi rəqəmlərə görə, "exit-poll" və "quick couit"un nəticələri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi nəticələri ilə üst-üstə düşür. Yalnız cüzi faizlə arada fərqlər var.

Beləliklə, müşahidəçilər tərəfindən səslərin paralel hesablanmasına əsasən əldə olunan nəticələrə görə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən bitərəf namizəd Rafael Cəbrayılov 28 faizlə öndədir. MSK-nın bu dairə üzrə nəticəsi isə 31 faizdir. 31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-ın namizədi Əhməd Vəliyev 68 % (MSK-nın rəqəmi - 69%), 38 saylı Nizami-Gəncə ikinci seçki dairəsindən bitərəf namizəd Asəf Hacıyev 66 % (MSK- 63%), 42 saylı Sumqayıt ikinci seçki dairəsindən YAP-çı namizəd Məcid Kərimov 80% (MSK-82%), 44 saylı Sumqayıt-Abşeron dairəsindən bitərəf Baba Tağıyev 68 % (MSK-63%), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Fəzail İbrahimli 46 % (MSK-48%), 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən Ədalət Partiyasının nümayəndəsi İlyas İsmayılov 75% (MSK-71%), 110 saylı Zaqatala dairəsindən YAP-ın üzvü Hikmət Atayev 65% (MSK-85%) və 119 saylı Ağdam kənd seçki dairəsindən YAP-ın nümayəndəsi Bəxtiyar Sadıqov 58% (MSK-63%) səs toplayaraq lider olublar.

Xəbər lenti

Xəbər lenti