Trend in xəbər verdiyi kimi, bu gün Biləcəridə (Bakıdan 10 km şimalda) vaqon-sisternlər üçün yeni yuyucu-buxarlayıcı stansiyanın açılış mərasimi keçirilib.
Stansiyanın yenidən qurulması üzrə tenderin qalibi olmuş İtaliyanın Codest şirkəti vaqonların yuyulması üçün yeni estakadının tikintisini başa çatdırıb. Yenidənqurma işlərindən sonra stansiyada sutkada 250 vaqonun üz, 25 vaqon-sisternin isə iç tərəfi yuyulacaq.
Layihə üzrə tender AYİB-in 2000-ci ildə ayırdığı $20'2 mln çərçivəsində keçirilib. Layihənin dəyəri 7'2 mln. AZN-dir. Bunun təxminən $4 mln-u AYİB-in kreditindən ayrılıb. Yerdə qalan hissə isə ölkənin Dəmir Yol İdarəsi tərəfindən təmin olunub.
Layihə çərçivəsində stansiyada yeni yollar salınıb, buxar qazanları, sisternlərin yuyulması üçün estakadalar quraşdırılıb.