...

Azərbaycanın müdafiə naziri NATO Hava Qüvvələri komandanını qəbul edib

Siyasət Materials 19 May 2006 15:49 (UTC +04:00)

Mayın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı general Uilyam Tom Hobbinsi qəbul edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı müdafiə naziri qeyd edib ki, Azərbaycan həm ABŞ, həm də NATO ilə sıx əməkdaşlıq edir. NATO ilə əməkdaşlıq Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (İPAP) uyğun olaraq uğurla davam etdirilir.

Nazir Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq bildirib ki, regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbi Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistan destruktiv siyasət yeridərək sülh danışıqlarından yayınır və Azərbaycan torpaqldarının 20 faizini işğal altında saxlayır.

General U.T.Hobbins öz növbəsində Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində nailiyyətlər əldə etməsini vurğulayıb və qeyd edib ki, İPAP proqramının uğurla yerinə yetirilməsi Azərbaycanı NATO-ya daha da yaxınlaşdıracaq.

Qonaq Azərbaycana səfərinin məqsədini açıqlayaraq söyləyib ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olmaq istəyir. "İnanıram ki, ABŞ və Azərbaycan hərbi Hava Qüvvələri arasında əməkdaşlıq genişlənəcək" - deyə Hobbins bildirib.

Görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivləri, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya, Azərbaycanın beynəlxalq antiterror koalisiyası çərçivəsində fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti