...

Azərbaycanı prezidenti Ukraynaya yola düşüb

Siyasət Materials 22 May 2006 15:25 (UTC +04:00)

Mayın 22-də Azərbaycan prezidenti GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sammitində iştirak etmək üçün Kiyevə yola düşüb. Bu barədə Trend ə Azərbaycan prezidentinin icra aparıtının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, GUAM sammiti çərçivəsində GUAM-a üzv olan 4 ölkənin liderlərinin görüşü nəzərdə tutulub. Görüşdə onlar azad ticarət zonasının yaradılmasını müzakirə edəcək, "Demokratiya və iqtisadi inkişaf üçün təşkilat - GUAM" adlı beynəlxalq təşkilatın yaradılması barədə rəsmi bəyanat verəcək, yeni Nizamnamə qəbul edəcək və birgə bəyannaməni rəsmiləşdirəcəklər.

Təşkilvtın mənzil-qərargahı Kiyevdə yerləşəcək. Sammit mayın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti