...

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Bakıya səfər edəcək

Siyasət Materials 24 May 2006 17:23 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Nəvaf bin-Feysəl bin Fəxd bin Abdüləziz Bakıya səfər eməyə hazırlaşır. Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun Trend ə verdiyi məlumata əsasən, səfər Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəvətilə həyata keçiriləcək.

Şəhzadə Nəvaf bin-Feysəl gənclər siyasəti və idman üzrə vitse-prezident, eləcə də Ərəb Futbol Federasiyasının vitse-prezidentidir. Səfər zamanı gənclər siyasəti və idman sahəsində əməkdaşlığın inkişaf məsələləri müzakirə ediləcək. Səfər çərçivəsində iyunun 1-də "Hayat Park"da gənclər siyasəti və idman sahəsində ikitərəfli əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçiriləcək. Sənəd A.Rəhimov və Nəvaf bin-Feysəl tərəfindən imzalanacaq. Memorandumda beynəlxalq tədbirlərdə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi nəzərdə tutulub.

Bu, həmin sahədə ilk böyük tədbirdir. Tədbirin əsası prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı qoyulub.

Səfər zamanı Nəvaf bin-Feysəl Azərbaycanın rəsmi şəxslərilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti