...

Avropa Gənclər Parlamenti nümayəndələrinin tanışlıq üçün Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 25 May 2006 15:00 (UTC +04:00)

Almaniyanın Berlin şəhərində keçirilən Avropa Gənclər Parlamentinin Seçki Konfransının yekunu olaraq bəyannamə qəbul ediləcək. Bu barədə Trend ə konfransda iştirak edən Azərbaycan Gənclər Parlamentinin sədri, "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı bildirib.

Konfransda120 qonağın iştirak etdiyini deyən C.Osmanlı Berlinin meri tərəfindən qəbul edildiklərini bildirib. Avropa Şurası və Avropa Birliyinin təmsilçiləri ilə də görüşlərin keçiriləcəyini deyən C.Osmanlı konfransın yekununda bəyannamənin qəbul olunacağını bildirib. Konfransda Avropa ölkələrinin gənclər parlamentləri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyən C.Osmanlı Avropa Gənclər Parlamenti nümayəndələrinin tanışlıq üçün Azərbaycana səfərinin gözlənildiyini də vurğulayıb.

C.Osmanlı konfransda "Azərbaycanda gənclər siyasəti", "Azərbaycan gənclər strukturlarının beynəlxalq gənclər platformalarında iştirakı", "Avropa Gənclər Parlamenti və Azərbaycan Gənclər Parlamenti arasında əməkdaşlıq perspektivləri" mövzularında çıxışlar edib.

Qeyd edək ki, Almaniyanın Berlin şəhərində Avropa Gənclər Parlamentinin Seçki Konfransı mayın 28-dək davam edəcək. Onu da bildirək ki, Avropa Gənclər Parlamenti Avropa Birliyi və Avropa Şurasının himayəsində fəaliyyət göstərən Avropanın ən böyük gənclər platformasıdır.

Xəbər lenti

Xəbər lenti