...

AŞPA həmməruzəçiləri: İyunda biz Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi haqqında qısa məruzə hazırlayacağıq

Siyasət Materials 26 May 2006 11:01 (UTC +04:00)

"İyunda biz Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi haqqında qısa məruzə hazırlayacağıq. Sənəd Avropa Şurası Parlament Assambleyasının 2006-cı ilin qış sessiyasında qəbul olunmuş qətnamə nöqteyi-nəzərindən hazırlanacaq və burada jurnalistlərin fəaliyyət azadlığının təmin olunması, o cümlədən siyasi məhbuslarla bağlı məsələlər öz əksini tapacaq". Trend in xəbər verdiyi kimi, bu barədə AŞPA həmməruzəçiləri Andreas Qross və Andres Herkel Bakıya gəlişində bəyan edib.

"Biz dövlət idarələrində bir sıra görüşlər keçirəcək, həmçinin, müxalifət nümayəndələri və insan haqları üzrə fəallarla görüşəcəyik", - deyə A.Herkel bildirib.

Xəbər lenti

Xəbər lenti