Milli Məclisin payız sessiyasına qədər qanunvericilik aktlarında olan boşluqların monitoriqi aparılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib.
Spikerin müavini qeyd edib ki, bu proses Milli Məclisin qanunvericilik şöbələri və parlamentin müvafiq komissiyalarının birgə iştirakı ilə həyata keçiriləcək: "Payız sessiyasına qədər bizim dörd ay vaxtımız var ki, müvafiq qanunvericilik aktlarında olan boşluqların monitorinqini aparıb onlarla bağlı verəcəyimiz təkliflər müvafiq komissiyalarda baxılsın".
V.Ələsgərov onu da bildirib ki, veriləcək təkliflər əsasında lazımi sənədlər hazırlanıb Milli Məclisin payız sessiyasının müzakirəsinə veriləcək.