...

Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib

Siyasət Materials 30 May 2006 18:14 (UTC +04:00)

Milli Məclisin mayın 30-da yaz sessiyasının sonuncu iclası keçirilib. Trend xəbər verir ki, fasiləsiz keçirilən iclasda 6 sənəd müzakirə edilərək qəbul olunub.

İclasda saat 14.00-dək iki məsələ - Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan rəazisi vasitəsi ilə Rusiya ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi və "Azərbaycan Respblikası hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı"nı təsdiq edilib.

Daha sonra isə millət vəkilləri "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" AR qanununu tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər, "Əmanətlərin sığortalanması haqqında" qanunun layihəsi, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun layihəsi və "İnzibatıi ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamə"ni təsdiq ediblər.

Onu da bildirək ki, Milli Məclisin daxili nizamnaməsinə görə payız sessiyası sentyabrın 30-dan başlanacaq və dekabrın 30-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti