Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü iyunun 2-də İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Trend in məlumatına görə, partiya fəallarının izacəsiz aksiyası baş tutmayıb.
Polis əməkdaşları AMİP-çilərin səfirliyin binası qarşısına toplaşmasına imkan verməyiblər. Aksiya keçirməyə cəhd göstərən 3 nəfər polislər tərəfindən saxlanılıb. Qeyd edək ki, səfirlik qarşısında piket keçirmək üçün az sayda AMİP-çi gəlmişdi.