...

Türkiyə Hökümətinin nümayəndəsi Gəncədə oldu

Siyasət Materials 3 İyun 2006 13:23 (UTC +04:00)

Üyunun 2-3-də Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Gəncədə "Babalarımızın tarixi - zəfər və şəhadət yolu" adlı beynəlxalq turizm marşrutunun hazırlanması ilə əlaqədar aksiya keçirildi.

Təbdirdə hər iki ölkənin Mədəniyyət və Turizim Nazirliklərinin nümayəndələri - doktor Şeyda Odabaşı (Türkiyə tərəfindən) və Elçin Qafarlı (Azərbaycan tərəfindən) iştirak etdilər. Qonaqlar Cavad xanın Məqbərəsi və Cümə Məsçidini ziyarət etdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tarix muzeyinə də baş çəkdilər. Muzeydə onlar Azərbaycanın azadlıq hərəkatının öndərlərindən olan Cavad xan və Nuru Paşanın xatirəsinə həsr olunan materiallarla tanış oldular.

Qeyd edək ki, ilk dəfə düzənlənən aksiyanın məqsədi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında əvəzsiz rolu olan türk ordusunun sərkərdə və əsgərlərinin xatirəsini yad etmək və erməni məkrinə qarşı hər iki ölkənin həmrəylik nümayiş etdirməsi idi. Tədbir iştirakçıları bu tarixi şəxsiyyətlərin timsalında türk xalqlarının şücaət və qəhrəmanlıqlarının gənc nəsil arasında təbliğinə xüsüsi yer verilməsinin vacibliyini səsləndirdilər. Bu məqsədlə Türkiyə və Azərbaycanın müxtəlif regionlarında, əsasən sərhədyanı və respublikamızın döyüş bölgələrində gənclər arasında milli vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi ilə tədbirlər keçirilməsi qərara alındı.

Xəbər lenti

Xəbər lenti