...

"Oqtay Əsədov: "AŞPA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyətinin mandat məsələsinə baxılmaya bilər"

Siyasət Materials 5 İyun 2006 11:37 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin mandat məsələsinə baxılmaya bilər. Trend in "ANS" telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə bir sıra Avropa ölkələrinə səfərinin yekunları üzrə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov bəyan edib.

Spikerin sözlərinə görə, AŞPA prezidenti Rene Van der Linden ilə görüşü zamanı qeyd olunub ki, Azərbaycanda 13 may 2006-cı il təkrar parlament seçkiləri demokratik keçirilib.

O.Əsədov təşkilat prezidentinə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin fəaliyyətindən narazılığını bildirib. "Həmməruzəçilər Azərbaycanla bağlı müsbət mövqe nümayiş etdirməyib. Ümidvaram ki, AŞ-nin Azərbaycanla bağlı mövqeyi dəyişəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti