...

Azərbaycan "Milli neft şirkətləri idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Chatham House seminarında iştirak edib

Siyasət Materials 5 İyun 2006 18:08 (UTC +04:00)
Azərbaycan "Milli neft şirkətləri idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Chatham House seminarında iştirak edib

İyunun 1-2-də Londonda Böyük Britaniya Elmlər Akademiyasında 2 illik "İdarəçiliyin təkmilləşdirilməsi" layihəsi çərçivəsində "Milli neft şirkətləri idarəçiliyinin təkmilləşdirilməsi"nə həsr olunmuş üçüncü sonuncu Chatham House seminarı keçirilib.

Seminarda iştirak edən İctimai Vəsaitlərin Monitorinq Mərkəzinin rəhbəri İnqilab Əhmədovun Trend ə bildirdiyinə görə, görüşdə 15 ölkə, xüsusilə Yaxın Şərq, Cənubi və Mərkəzi Amerika, Norvec və Böyük Britaniyadan olan müxtəlif şirkətlər və beynəlxalq maliyyə institutları nümayəndələri iştirak edib.

Onun sözlərinə görə, seminar zamanı Chatham House alimlərinin araşdırmaları açıqlanıb, alimlər bu sahədəki təcrübələrilə bölüşüb, şirkətlərin fəaliyyətinin səmərəlik və şəffaflığının artırılması yollarından danışıb.

İ.Əhmədov deyib ki, tədbir zamanı Azərbaycandakı vəziyyət, ARDNŞ-ın fəaliyyətindəki müxtəlif problemlər, xarici şirkətlərlə PSA müqavilələri çərçivəsində qarşılıqlı fəaliyyət mexanizmləri müzakirə olunub.

Görüşdə gələcəkdə regional konfransların təşkili haqqında qərar qəbul olunub. Azərbaycanda bu mövzuda regional konfransın keçirilməsi haqqında təklif irəli sürülüb.

1920-ci ildə Londonda təsis olunmuş Chatham House Beynəlxalq Məsəllər üzrə Kral İnstitutu adı ilə də tanınır. İnstitutun məqsədi siyasət, biznes və beynəlxalq səhnədəki digər vacib məsələlər sahəsində müzakirə və araşdırmaların təşviqidir.

Xəbər lenti

Xəbər lenti