...

Antaliyada Dunya Azərbaycanlı Ziyalılarının Forumu öz işinə başlayıb

Siyasət Materials 5 İyun 2006 19:08 (UTC +04:00)
Antaliyada Dunya Azərbaycanlı Ziyalılarının Forumu öz işinə başlayıb

İyun ayının 5-də Dünya Azərbaycanlı Ziyalılarının Forumu öz işinə başlayıb.'Trend' in xususi müxbiri xəbər ki, tədbirdə dünyanın 40-a yaxın ölkəsindən 230 azərbaycanlı iştirak edib.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov giriş nitqi ilə çıxış edib. Sonra Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirmək üçün söz Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova verilib.

Prezidentin müraciəti səsləndirildikdən sonra Dövlət Komitəsinin sədri N.İbrahimov qeyd edib ki, bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, demokratik dəyərlərin təşəkkülü sahəsində əldə olunmuş nailiyyətlər güclü Azərbaycan diasporunun formalaşması üçün etibarlı siyasi, iqtisadi və mənəvi zəmin yaratmaqdadır: "Bizim bu gün burada toplanmağımızın məqsədi də məhz dünyanın müxətilf ölkələrində yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin, ümumiyyətlə qəlbi Vətən təssübkeşliyi ilə döyünən bütün ziyalılarının Azərbaycançılıq ideyalarının gerçəkləşməsi prosesində daha fəal iştirakını təmin etməkdir".

"Qloballaşma prosesi və milli-mənəvi dəyərlərin qorunması" mövzusunda məruzə üçün söz Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri, siyasi elmlər doktoru Əli Həsənova verilib. Əli Həsənov qloballaşma prosesinin milli-mənəvi dəyələrinin formalaşmasına təsiri və milli-mənəvi dəyərlərin qloballaşma prosesi kontekstində qorunub saxlanıması ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev "Azərbaycan diaspor quruculuğunda və milli həmrəyliyin əldə olunmasında mədəni irsin rolu", Azərbaycan Respublikasının xalq artisti, kinorejissor Oqtay Mirqasımov "Xarici ölkələrdə yaşayan azərbaycanlıların kinodramaturgiya sahəsində nailiyyətləri Azərbaycan xalqının mədəni sərvətidir" mövzusunda, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə vahid informasiya məkanının yaradılması zərurəti ilə bağlı çıxış edib. Milli Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında diasporun problemlərinə toxunaraq Azərbaycan diasporunun hər bir üzvü sözün həqiqi mənasında vətənpərvər olmağın zəruri olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan prezidentine muraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti