...

ABŞ dövlət katibinin müşaviri: Birləşmiş Ştatlar Azərbaycanda demokratik institutların inkişaf prosesini dəstəkləməyi öhdəsinə götürüb

Siyasət Materials 6 İyun 2006 17:23 (UTC +04:00)
ABŞ dövlət katibinin müşaviri: Birləşmiş Ştatlar Azərbaycanda demokratik institutların inkişaf prosesini dəstəkləməyi öhdəsinə götürüb

Azərbaycan prezidenti İlham Əlyievin Vaşinqton danışıqları zamanı ABŞ hakimiyyəti Azərbaycanda demokratik institutların inkişaf prosesini dəstəkləməyi öhdəsinə götürüb. Bu barədə iyunun 6-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayza jurnalistlərə bildirib.

"Hər ölkənin demokratiyası özünəməxsusdur və Vaşinqton sadəcə hər bir ölkənin bu istiqamətdəki səylərini dəstəkləyir" - deyə M.Brayza vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə, müşavir deyib ki, 2006-cı il danışıqlar prosesində ən vacib ildir. "Saziş mümkündür, lakin bunun imzalanması üçün həm Azərbaycan, həm də Ermənistan tərəfindən cəsarət tələb olunur. Bu, danışıqlar prosesi üçün həlledici ildir" - deyə M.Brayza əlavə edib.

Xəbər lenti

Xəbər lenti