...

İzrail Azərbaycan neftinə böyük maraq göstərir

Siyasət Materials 7 İyun 2006 14:49 (UTC +04:00)

Azərbaycan neftinin Gürcüstan, Türkiyə, Aralıq dənizi vasitəsilə Azərbaycandan İzrailə nəql edilmə sitseminin yaranması yanacağa olan tələbatı ödəyən karbohidrogenlərin bu ölkəyə tədarükünü həyata keçirmək imkanı verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında İzrail infrastruktur naziri Binyamin Ben-Elieyzer bildirib.

Onun sözlərinə görə, bu, Azəraybaycan neftinin Şərq, Çin və digər ölkələrə tədarük edilməsinə imkan yaradacaq. O deyib: "Azərbaycan neftinin İzrail vasitəsilə Şərqə tədarükü onun nəql olunma qiymətini aşağı salacaq və bu neftin bazara çıxarılan digər neftlərə nisbətən rəqabət qabiliyyəti olacaq".

O qeyd edib ki, bu gün İzrail xaricdən tədarük edilən enerji resurslarından asılıdır. Ona görə də İzrail çətinliyə düşür. Hazırda 20 il ərzində ildə 7,1 milyard kubmetr qazın tədarükü üçün Misirin MG şirkəti ilə müqavilə imzalanıb. İndi bu qazın İzrailə çatdırılması üçün Aşkelon şəhərinə qədər qaz kəmərinin tikintisi gedir.

Xəbər lenti

Xəbər lenti