...

Sabir Hacıyev: "Mitinq və etiraz aksiyaları Güney Azərbaycanda yaranmış problemi daha da gərginləşdirə bilər"

Siyasət Materials 8 İyun 2006 12:27 (UTC +04:00)

Bakıda mitinqlər və aksiyalar keçirməklə Güney Azərbaycanda soydaşlarımızla bağlı yaranmış məlum hadisələri daha da gərginləşdirə bilərik. Bu barədə Trend ə Vətandaş Birliyi Partiyasının (VBP) sədri, millət vəkili Sabir Hacıyev bildirib.

S.Hacıyev qeyd edib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı rəsmi Bakının mövqeyi bəllidir: "Mən hesab edirəm ki, Bakıda keçirilən etiraz aksiyaları hansısa qüvvələrin siyasi fəaliyyəti ilə bağlıdır. Bu aksiyalar qarşımıza qoyduğumuz məqsədlərə çatmaqda bizə kömək edə bilməz".

VBP sədri onu da vurğulayıb ki, Güneydə baş verən hadisələr İran dövlətinin daxili işidir. Ancaq bu o demək deyil ki, Azərbaycan dünyada yaşayan azərbaycanlıların taleyinə biganə qalır: "Məsələləri mitinlərlə yox, qanun çərçivəsində həll etmək lazımdır".

Xəbər lenti

Xəbər lenti