...

Azərbaycan və Litva prezidentləri birgə bəyanat imzalayıb

Siyasət Materials 8 İyun 2006 19:11 (UTC +04:00)

Azərbaycan və Litva prezidetləri İlham Əliyev və Valdas Adamkus iyunun 8-də Bakıda birgə bəyanat imzalayıblar.

Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Litva XİN katibi Albinas Yanuşka investisiyaların müdafiə və təşviqi haqqında saziş imzalayıb.

Prezidentlərin birgə mətbuat konfransında V.Adamkus Litvanın energetika sektorunda Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Litva Azərbaycanın enerji ehtiyatları, o cümlədən, neft məhsullarının alınması mümkünlüyünü nəzərdən keçirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan qonaq deyib ki, Avropa Birliyi bu problemin həllində fəal iştirak etməlidir.

İ.Əliyev isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, təəsüf ki, bir tərəfdən asılı deyil. Onun sözlərinə görə, Azərbaycan tərəfinin mövqeyi bu məsələ ilə bağlı bütün beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycan prezidentinin dediklərinə görə, əgər Ermənistan bu münaqişəyə daha konstruktiv yanaşarsa, yaxın vaxtlarda bu problemin həlli mümkün olar.

Azərbaycan və Litva prezidentləri Vilnüsdə və Bakıda səfirliklərin açılmasında maraqlı olduqlarını ifadə edib, bunun ölkələr arasındakı münasibətlərin daha da inkişafı üçün stimul olacağına əminliklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti