Trend agentliyinin Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsilə eksklüziv müsahibəsi
- Cənubi Qafqaz ölkələrinə son səfərinizi necə qiymətləndirirsiniz? Danışıqlarda har hansı bir razılıq əldə edə bilmisiniz?
- Mənim Cənubi Qafqaz ölkələrinə ilk səfərimin məqsədi münaqişələrlə bağlı razılıq əldə etmək deyil, Avropa Birliyinin gələcəkdə onların nizamlanmasında necə faydalı ola bilmək məsələsini araşdırmaq idi. Mən Azərbaycan və Ermənistanda ekspertlərin münaqişənin həlli yolarını necə ətraflı müzakirə etdiyindən ruhlandım.
Lakin eyni zamanda sərt ictimai fikirlər məni karıxdırdı. Gürcüstanda münaqişələr Rusiya və Gürcüstan arasındakı problemli əlaqələr müstəvisində müzakirə olunur. Hər iki tərəf dialoqun qurulması və problemin həlli üçün çox şey edə bilər. Bu yaxınlarda tərəflər heç olmasa problematik məsələləri müzakirə etmək istəklərini bildirib. AB kömək edə biləcəyi halda məsələyə qarışmaq niyyətindədir. Rusiyanın üzərinə onun ərazisinin böyüklüyü baxımından xüsusi məsuliyyət düşür: onun tərəfindən istənilən hərəkət Rusiyanın deyil, Gürcüstanın mövcudluğuna təhlükə kimi nəzərdən keçiriləcək.
Ən nəhayət, münaqişənin həlli Rusiyanın da maraqlarına cavab verməlidir, çünki belə olan halda Moskva sərhəddə sabit və dost qonşunun oluduğunu biləcək.
- AB-nin "Yeni qonşuluq" proqramı çərçivəsindəki fəaliyyət planının hazırlanması ilə bağlı məsləhətləşmələr hansı mərhələdədir?
- Bəzi məsələlər hələ açıq qalsa da, üç ölkə ilə danışıqlar, demək olar ki, başa çatıb. Avropa qonşuluq siyasəti ölkələrin AB-yə daxil edilməsini nəzərdə tutmur, lakin Azərbaycan və digər dövlətlər fəaliyyət planına ciddi yanaşarsa, onlar bir çox sahələrdə AB və Avropa standantlarına xeyli yaxınlaşa bilər. Bu, asan yol olmayacaq, amma mən əminəm ki, ölkələr buna görə mükafatlandırılacaq.
Yolun özü həm ayrı-ayrı ölkələr, həm də AB-nin təcrübə qazanması baxımından vacibdir. Bu təcrübə istər-istəməz bizi yaxınlaşdıracaq. Mən əminəm ki, yolun sonunda bizim güclü birlik hissimiz olacaq. Qonşuluq siyasəti regional əməkdaşlığın gücləndirilməsini də nəzərdə tutur.
Balkanlarda işlədiyim zaman öz təcrübəmdə regonal əməkdaşlığın Böyük Avropa çərçivəsində müəyyən ümumi prinsip və dəyərlər əsasında necə asanlaşdığına əmin oldum.
- Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsinin mandatı praktiki nöqteyi-nəzərdən necə genişləndirilib?
- Hər üç Cənubi Qafqaz ölkəsinin Avropa qonşuluq siyasətində iştirakı o deməkdir ki, AB regionun çiçəklənməsi və burada sabitliyin bərqərar olmasında maraqlıdır. Və buna görə AB-nin münaqişənin nizamlanmasına marağı getdikcə artır.
AB mənim təyinatım zamanı xüsusi nümayəndənin mandatını genişləndirməklə öz maraqlarını düzgün qeyd edib. Ehtimala görə, mən münaqişənin həllinə "öz töhfəmi" verməliyəm, halbuki mənim sələfim münaqişəni həll etməyə "köməklik" göstərməli idi. Bu dəyişiklik siyasi siqnal kimi çox vacibdir.
- Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AB rəhbərliyi üçün hər hansı bir tövsiyə hazırlamağı planlaşdırırsınızmı?
- AB danışıqlar proqsesində iştirak etmir, bu, ATƏT-in vəzifəsidir. AB ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və xatırlatmaq istəyirəm ki, Minsk Qrupuna bir AB ölkəsi həmsədrlik edir. Avropa Birliyi, təbii ki, bu münaqişənin həllinə köməklik edəcək. AB müharibə və entik münaqişə üzündən zərər çəkmiş hər iki tərəfə görə güclü məsuliyyət hissindən əlavə, problemin həllini dəstəkləməkdə maraqlıdır.
Münaqişənin nizamlanması Avropa Birliyi üçün vacib olan qonşu ərazidə çiçəklənmə və sabitliyin bərqərar olması üçün şərait yaradacaq. Bu ərazi AB-yə daha sıx bağlanır və təşkilatın təməl dəyərlərini özündə ehtiva edir.
AB, təbii ki, müharibə nəticəsində dağılmış ərazilərin bərpasına əsas töhfə verəcək. Təşkilat həmçinin regionda sülhün qorunub saxlanılması öhdəliyini də üzərinə götürə bilər, lakin qeyd etmək lazımdır ki, başqa variantlar da mövcuddur.
- Sizcə, 2006-cı ildə Dağlıq Qarabağ probleminin həlli mümkündürmü ?
- Mən nə bədbin, nə də nikbin insanam. Uzun müddət bədbinlər özlərinin haqlı olduqlarını dönə-dönə sübüt etməyə çalışıblar. Mən yalnız onu deyə bilərəm ki, nikbinlərin bu dəfə haqlı olacağına ümid edirəm. Mən həmçinin ümid edirəm ki, hər iki ölkədə bu məsələyə sağlam düşüncə ilə yanaşanlar çoxluq təşkil edəcək.
Müniaqişənin davam etdiyi təqdirdə, həmişə buraxılmış imkanlar olacaq. Cəmiyyət sülh dövründə faydalı məqsədlərə sərf edilə biləcəyi böyük həcmdə vəsaiti hərbi vəziyyətdə həmişə havaya sovurur. Problemin həlli hər iki ölkənin siyasi liderlərdən cəsarət və dövlət xadimlərinə xas digər keyfiyyətlər tələb edəcək. Hər iki ölkənin son dərəcə qabiliyyətli liderləri olması faktı bunun mümkünlüyünə ümid verir.
- Energetika sahəsində Azərbaycan-AB əməkdaşlığını necə təsəvvür edirsiniz? Konkret layihə və ya təklifləri nəzərdən keçirirsinizmi?
- Azərbaycanla bu ölkədə çalışan AB şirkətləri arasında energetika sahəsində əməkdaşlıq əlaqələri artıq mövcuddur. AB energetika ehtiyatlarını təkcə karbohidrogenlərin növünə görə deyil, həm də tələbat və çatdırma marşrutu baxımından müxtəlifləşdirdiyi üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq. Lakin təkrarlamalıyam ki, tam əməkdaşlıq uzunmüddətli sülhün bərqərar olması şərtilə mümküdür.