...

Polşa seyminin üzvləri DİP-də görüş keçirəcək

Siyasət Materials 10 İyun 2006 11:52 (UTC +04:00)

İyunun 13-də Demokratik İslahatlar Partiyası (DİP) və Polşa parlamentinin (Seym) üzvləri arasında görüş olacaq. Bu barədə "Trendə" DİP mətbuat xidmətinin rəhbəri Ülkər İsmayılqızı bildirib.

Ü.İsmayılqızı vurğulayıb ki, görüşdə Polşa Seyminin Avropa İnteqrasiyası üzrə Komitəsinin rəhbəri, üzvləri, Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski və Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvləri iştirak edəcək. DİP rəsmisi onu da bildirib ki, görüşdə əsasən Azərbaycanın Avropaya interasiyası məsələsi müzakirə olunacaq, Eyni zamanda Polşa seymi və səfirliyi ilə DİP arasındakı əməkdaşlıq məsələlərinin də müzakirəsi gündəmdə saxlanılacaq.

Ü.İsmayılqızı onu da bildirib ki, bu görüş ilkin olaraq tanışlıq xarakteri daşıyır: "Bu görüş gələcək əməkdaşlığımız üçün stimul yaradacaq. Ümid edirik ki, Avropa Birliyinin üzvü olan Polşa "Yeni qonşuluq siyasəti" layihəsində Azərbaycanı dəstəkləyəcək".

Xəbər lenti

Xəbər lenti