...

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yollarının tapılmasına tərəfdardır

Siyasət Materials 12 İyun 2006 13:26 (UTC +04:00)

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yollarının tapılmasına tərəfdardır.

Bu barədə iyunun 12-də İrəvanda Ermənistan XİN başçısı Vardan Oskanyanla birgə keçirdiyi mətbuat konfransında İsveçrə Konfederasiyası Federal Şurasının sədr müavini, xarici işlər naziri Mişlin Kalmi-Rey (Micheline Calmy-Rey) bəyan edib.

Trend in ARKA-ya istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, İsveçrə hökuməti dəfələrlə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib.

"Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpasına imkan verəcək", - deyə o qeyd edib.

Mişlin Kalmi-Reyin Ermənistana səfəri iyunun 11-dən 13-dək davam edəcək.

Səfər zamanı o, Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Andranik Markaryan və xarici işlər naziri Vardan Oskanyanla görüşəcək.

Xəbər lenti

Xəbər lenti