...

ABŞ Konqresi Azərbaycan silahlı qüvvələri nümayəndələrinin təlim və hazırlığına 790 min ABŞ dolları ayırıb

Siyasət Materials 12 İyun 2006 14:31 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası 2007-ci il üçün ABŞ administrasiyasının xarici əməliyyatlar üçün vəsaitin ayrılması haqqında büdcə qanunu layihəsini qəbul edib. Trend in xəbər verdiyi kimi, Azərbaycan silahlı qüvvələri nümayəndələrinin təlim və hazırlığı üçün beynəlxalq hərbi təlim və hazırlıq üzrə (İMET) proqram üçün vəsait ayırmaları çərçivəsində nümayəndələr palatası tərəfindən təsdiq olunmuş qanun layihəsində 790 min ABŞ dolları ayrılıb. Qanun layihəsini 34 nəfər əleyhinə olmaqla, 373 konqresmen dəstəkləyib.

Analoji məbləğ Ermənistan və Rusiyaya da təqdim olunur, Ukraynaya isə 1,725 milyon ABŞ dolları ayrılıb.

"İMET proqramı ABŞ-ın təhlükəsizlik sahəsində yardım üzrə ümumi proqramının bir hissəsidir, bu proqram vasitəsilə ABŞ höküməti əsasən müttəfiq və dost dövlətlərdən olan hərbi müdavimlərin təlim keçməsini təmin edir", - deyə arayışda bildirilib.

Maraqlıdır ki, Özbəkistan silahlı qüvvələri nümayəndələrinin təlim və hazırlığı üçün vəsaitlər qanun layihəsindən çıxarılıb. Fevral ayında Ağ Ev tərəfindən konqresə yönəldilən büdcə sorğusunda Corc Buş administrasiyası Özbəkistan üçün 2007-ci il üzrə İMET proqramı tələb edib. Sənədlə bərabər göndərilən arayışda Özbəkistanın 2007-ci ildə bu proqramdan çıxarılması haqqında qərarın səbəbi belə izah olunub ki, konqresmenlər "bu ölkədə davam edən iğtişaşlardan narahatdır".

Sənədə əsasən, 2007-ci il üçün İMET proqramı üzrə büdcə ayırmalarının ümumi həcmi nümayəndələr palatası tərəfindən 88 milyon ABŞ dolları həcmində təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti