...

İqbal Ağazadə: "Azərbaycan ərazilərində ermənilərin törətdiyi yanğınlar davam edir"

Siyasət Materials 13 İyun 2006 16:33 (UTC +04:00)

Azərbaycan-Ermənistan cəbhə xətti boyu işğal altında olan Azərbaycan ərazilərində ermənilərin törətdiyi yanğınlar davam edir. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Qeyd edək ki, Milli Məclisin üç üzvü - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Qənirə Paşayeva cəbhə bölgəsində ermənilərin törətdiyi vandalizm aktları ilə yaxından tanış olmaq üçün iyunun 13-də bölgəyə səfər edib. Hazırda onlar Ağdam bölgəsində monitorinq aparırlar.

İ.Ağazadə onu da bildirib ki, cəbhə bölgəsində yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhalinin vəziyyəti olduqca ağırdır. Ermənilər Azərbaycanın tarixi, mədəni abidələrini və tikililəri məhv ediblər. Millət vəkili onu da bildirib ki, bölgədə yaşayan əhali və sərhəddə duran əsgərlərlə görüşlər də keçiriblər.

Millət vəkili onu da qeyd edib ki, apardıqları monitorinqin nəticələri əsasən Avropa Şurasına təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti