...

Qarsda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirləri keçirilib

Siyasət Materials 16 İyun 2006 11:12 (UTC +04:00)

Qarsda (Türkiyə) Azərbaycanın dövlət bayramı - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.

Trend in xəbər verdiyi kimi, tədbirlər baş konsul Həsən Zeynalov tərəfindən keçmiş prezident Heydər Əliyevin büstünə əklil qoyma mərasimi ilə başlanıb. Daha sonra qısa nitqlə çıxış edən baş konsul qeyd edib ki, "1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan parçalanmadan xilas olub.

H.Zeynalovun sözlərinə görə, "hər bir Azərbaycan vətəndaşı H.Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılmış uğurların canlı şahididir".

Mərasimdə baş konsulluğun əməkdaşları, o cümlədən Türkiyənin ali təhsil məktəblərində çalışan azərbaycanlı müəllimlər də iştirak edib.

Xəbər lenti

Xəbər lenti