İyunun 17-də Alma-Atıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 2-ci sammitində təşkilatın katibliyinin
-icra orqanının yaradılmasına dair saziş imzalanıb. Bu barədə iclasda sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
"AQFETM Katibliyinin yaradılması - forumun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edən mühüm hadisələrdən biridir", - deyə N.Nazarbayev qeyd edib.
AQFETM-in səlahiyyətli üzvlərinin qərarı ilə katiblik və onun strukturları Alma-Atıda yerləşəcək. "Qazaxıstan katibliyi lazımi maliyyə, texniki və təşkilatıi ehtiyatlarla təmin etməyə hazırdır", - deyə N.Nazarbayev bildirib.
Qazaxıstan nümayəndəsi, ölkə XİN-in Avropa və Amerika Departamentinin keçmiş direktoru Jandos Asanov katibliyin icraçı direktoru təyin olunub.