...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünə hazırlıq gedir

Siyasət Materials 19 İyun 2006 13:01 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünə hazırlıq gedir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu həmsədrlərinin Vyana görüşünə hazırlıq gedir. Bu barədə Trend ə ATƏT MQ-nın rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Görüş ATƏT-in Daimi Şurasının iclası çərçivəsində keçiriləcək. Konfrans çərçivəsində ATƏT MQ-nın yeni amerikalı həmsədri Metyu Brayza təqdim olunacaq. O, 2004-cü ilin aprelindən bu postda çalışmış Stiven Mənni əvəz edəcək.

Y.Merzlyakov qeyd edib ki, münaqişənin nizamlanması prosesinin indiki vəziyyəti və gələcək addımlar barədə Vyana görüşündən sonra şərh vermək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti