...

Dərviş Kamal Dəniz: "Şimali Kipr Türk Cümhuriyyəti Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək"

Siyasət Materials 19 İyun 2006 17:19 (UTC +04:00)

"Şimali Kipr Türk Cümhuriyyəti Dağlıq Qarabağ məsələsində həmişə Azərbacanın ədalətli mövqeyini dəstəkləyəcək". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 19-da Bakıda İKT XİN başçılarının 33-cü sessiyasında iştirakı çərçivəsində ŞKTC-nin iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz bəyan edib.

"Azərbaycan rəhbərliyi və xalqı apardığımız ədalətli mübarizədə hər zaman bizimlə olub və buna görə biz onlara çox minnətdarıq", - deyə nazir vurğulayıb. "Biz Azərbaycanın üzləşdiyi çətinlikləri yaxşı anlayır və onu dəstəkləyirik", - deyə Dərviş Kamal Dəniz bəyan edib.

Xəbər lenti

Xəbər lenti