...

AŞ Nazirlər Komitəsi "Aqo" Qrupunun Ermənistan və Azərbaycana səfərlərinin yekunlarına dair məruzəsini dinləyəcək

Siyasət Materials 20 İyun 2006 11:09 (UTC +04:00)

İyunun 21-də Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda daimi nümayəndələr səviyyəsində keçiriləcək 969-cı iclasında "Aqo" Monitorinq Qrupunun Ermənistan və Azərbaycana səfərlərinin yekunlarına dair məruzəsi dinləniləcək. Bu barədə Trend AŞ Nazirlər Komitəsinin Katibliyinə istinadən məlumat verir.

İclasda "Aqo" Qrupunun nümayəndə heyətinin rəhbəri, almaniyalı diplomat Ronald Vegener Ermənistan (9-10 iyun) və Azərbaycana (13-14 iyun) səfərlərinin yekunlarına dair şifahi məruzə ilə çıxış edəcək.

Bu məsələ Bakı vaxtı ilə saat 13.00-da başlayacaq iclasın gündəliyinə "2.3" nömrəsi ilə daxil edilib.

Xəbər lenti

Xəbər lenti