...

Azərbaycan prezidenti İKT-nin təhsil, elm və mədəniyyət üzrə baş direktorunu qəbul edib

Siyasət Materials 20 İyun 2006 15:26 (UTC +04:00)

İyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının (İKT) təhsil, elm və mədəniyyət üzrə baş direktoru Əbdüləziz əl-Tuveyjrini qəbul edib.

Trend agentliyinin məlumatına əsasən, Ə.əl-Tuveyjri vurğulayıb ki, İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var. O, dövlət başçısına rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Ə.əl-Tuveyjri Azərbaycanın müvafiq nazirlik və qurumları ilə sıx əlaqə saxladığını və bu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib.

İ.Əliyev İKT zirvə görüşünün ölkədə keçirilməsinin əhəmiyyətini vurğulayaraq deyib ki, bu qurum nümayəndələrinin Azərbaycanda gedən proseslərlə yaxından tanış olması üçün əlverişli şərait yaradılıb. Dövlət başçısı İKT ilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti