...

QHT-lər ermənilərin vandalizm aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Siyasət Materials 20 İyun 2006 16:50 (UTC +04:00)

"Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım" Assosiasiyası və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birilyi BMT, ATƏT və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib. Trend xəbər verir ki, müraciət işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin vandalizm aktları ilə bağlıdır.

Müraciətdə bildirilir ki, son zamanlar ermənilər işğal altında olan Azərbaycan ərazilərinin təbiətinə məhvedici ziyan vurmağa başlayıblar, meşələri yandırırlar. Müraciət müəllifləri yanğınlar nəticəsində ermənilərin XII əsr abidəsi olan Qaraca çobanın qəbrinin yandırılması faktını da göstəriblər.

"Qaraca çobanın qəbirüstü daşları yüksək temperatur nəticəsində parçalanaraq xırdalanıb. Ermənilər tərəfindən təşkil olunmuş yanğın Azərbaycan mədəniyyətinin başqa bir abidəsini - Nərgiztəpəni də külə döndərib. Yanğınlar flora və faunanı məhv edir, həmçinin münbit torpaqları yararsız vəziyyətə salır" deyə müraciətdə vurğulanır.

Adıçəkilən təşkilatlar BMT-ni, AŞ-ni, ATƏT-i, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına Ermənistanın barbar siyasətinin qarşısını dərhal almağa, onun bu hərəkətlərinə beynəlxalq müstəvidə lazımi qiymət verməyə, belə hallara birdəfəlik son qoyulması üçün Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həlli istiqamətində təcili tədbirlər görməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti