...

DAK-ın birləşdirilməsi məqsədilə yaradılmış birgə komissiya fəaliyyətini dayandırıb

Siyasət Materials 21 İyun 2006 12:23 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) iki qanadının birləşməsini təmin etmək məqsədi ilə yaradılmış komissiya işini dayandırıb. Bu barədə Trend ə Məhəmməd Xeştinin rəhbərlik etdiyi DAK-ın sədrinin birinci müavini Abdulla Əmir Haşimi məlumat verib.

A.Ə.Haşimi bildirib ki, iki yerə bölünmüş DAK-ın birləşdirilməsi məqsədilə ilə hər iki tərəfdən 5 nəfər olmaqla birgə komissiya yaradılmışdı. Lakin birləşmə ilə bağlı verilən təkliflərə biganə qalındı və iki iclasdan sonra komissiyanın işi dayandırıldı.

Abdulla Əmir Haşimi həmçinin DAK sıralarından və bu təşkilatda tutduğu vəzifələrindən istefa verdiyini bəyan edib: "Hazırkı vəziyyətdə iki tərəf arasında münasibətlər gərginləşdiyinə və fəaliyyətlərində inkişaf görmədiyimə görə, DAK-ın İdarə Heyəti üzvlüyündən, Təşkilat Məsulu və sədrin birinci müavini vəzifəsindən, DAK 9-cu Qurultayına Hazırlıq Komitəsinin üzvlüyündən istefa verirəm".

Qeyd edək ki, Cavad Derəxtinin sədrliyi altında fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresindən ayrılmış qrup da bu ad altında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti