...

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasında müşavirə keçirilib

Siyasət Materials 21 İyun 2006 17:48 (UTC +04:00)

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasında (KAXCP) Bakı şəhər və işğal olunan rayon təşkilatları sədrlərinin müşavirəsi keçirilib. Bu barədə Trend ə partiyanın təşkialt şöbəsinin müdiri Xəzər Teyyublu bildirib.

X.Teyyublu bildirib ki, müşavirənin keçirilməsində məqsəd 24 iyun Türklük Günü ilə bağlı olub: "Qərara almışıq ki, həmin gün saat 11.00-da M.Əzizbəyov heykəlinin yanından mərhum prezident Əbülfəz Elçibəyin məzarına qədər yürüş təşkil edək. Saat 15.00-də isə Xətai adinı Mədəniyyət Sarayında bədii kompozisiya təşkil olunacaq. İyunun 23-ü isə saat 12.00-da ocağı partiyanın qərargahında "Elçibəy və gənclik" mövzusunda dəyirmi masa keçiriləcək".

X.Teyyublu onu da vurğulayıb ki, partiyanın qərarı ilə bu həftə "Elçibəy həftəsi" elan olunduğundan rayon və şəhər təşkilatları əsas fəaliyyətlərini bu istiaqəmtdə qurublar: "Müşavirədə bu məsələlər, Türklük Gününə hazırlıqla bağlı məsələlər müzakirə olunub. Partiya sədri tərəfindən bir sıra göstərişlər verilib".

Xəbər lenti

Xəbər lenti