Beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına görə, Azərbaycan mövcud neft müqavilələrinin gerçəkləşdirilməsindən təxminən 140 mlrd. dollar alacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycandakı problemlərin həlli üçün kokret proqramlar və fəaliyyət planı var. Hazırda Azərbaycanda 6 elektrik stansiyasının tikintisi gedir, yeni su kəmərinin inşası, mövcud qaz xətləri, magistral və rayon yolları, eləcə də infrastrukturun bərpası başlanıb.
İ.Əliyev deyib ki, 3 il ərzində Azərbaycanda təxminən 400 min iş yeri açılıb.