...

"Azadlıq" bloku Şirvan bölgəsində və Naxçıvan Muxtar Respublikasında zona müşavirəsi keçirəcək

Siyasət Materials 27 İyun 2006 16:04 (UTC +04:00)

İyulun 5-də "Azadlıq" Siyasi Blokunun növbəti elmi-praktik konfransı keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə blokun həmsədri Əli Əliyev məlumat verib. Blokun geniş tərkibli dördüncü konfransı olan bu tədbir Bakı Əyləncə Mərkəzində keçiriləcək.

Əli Əliyev həmçinin deyib ki, "Azadlıq" bloku yenidən zona müşavirələrinə start verir. Blokun növbəti tədbiri Şirvan bölgəsində keçiriləcək. Bundan sonra isə Naxçıvan Muxtar Respublikasında zona müşavirəsinin keçirilməsi planlaşdırılır. Əli Əliyev qeyd edib ki, zona müşavirələri ilə bağlı bu həftə ərzində müzakirələr aparılacaq və tədbirlərin yerinə, vaxtına dair qərarlar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti