...

Sərhədçilər gizli yolla Gürcüstana keçirilməsi nəzərdə tutulmuş 900 kiloqram nərə balığı müsadirə ediblər

Siyasət Materials 28 İyun 2006 17:04 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları gizli yolla Gürcüstana keçirilməsi nəzərdə tutulmuş 900 kiloqram nərə balığı müsadirə ediblər. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, DSX əməkdaşlarının Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Tbilisi şosesinin 490-cı kilometrliyində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əvəz Xanbaba oğlu Cəbiyevin idarə etdiyi avtobusa keçirilmiş baxış zamanı yük yerində Bakı şəhərində əldə edilərək Gürcüstana aparılması nəzərdə tutulmuş 19 kisədə 900 kiloqram nərə balığı aşkar olunaraq götürülüb.

Lənkəran rayonunun Iel kəndi ərazisindəki zastavanın xidməti sahəsində isə "Qazel" markalı avtomaşında Lənkəran rayonunun Sutamurdov kənd sakinləri 1982-ci il təvəllüdlü Ramil Heydər oğlu Ləfiyev, 1990-cı il təvəllüdlü Iasif Iaqif oğlu Şəfiyev və 1966-cı il təvəllüdlü Zadiq Aslan oğlu Şəfiyev saxlanılıb. Hadisə yerinə gələn sərhəd zastavasının həyəcan qrupu tərəfindən dəniz kənarında Gəncə Şərab zavodunun istehsalı olan 0,5 litrlik 1.753 butulka "İvanovka" arağı aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti