...

Arif Rəhimzadə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 28 İyun 2006 19:42 (UTC +04:00)

Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Arif Rəhimzadə nümayəndə heyətinin rəhbəri Halvdan Skardı Yerli və Regional Hakimiyyətlər Konqresinə sədr seçilməsi münasibəti ilə təbrik etdi, bu səfərin ölkəmizlə qurum arasındakı əlaqələrin inkişafında mühüm rol oynayacağını bildirib.

Halvdan Skard deyib ki, səfərdən məqsəd Azərbaycanla yaxından tanış olmaq və ölkənin yerli özünüidarəetmə strukturlarının işi ilə maraqlanmaqdır. Konqres Azərbaycanda bələdiyyələrin işinin təşkili, demokratiyanın, xüsusən də milli demokratiyanın inkişafında Azərbaycana yardım göstərmək niyyətindədir.

Sonra Arif Rəhimzadə Milli Məclisin fəaliyyəti, bələdiyyələrin işinin təşkili və qanunvericilik bazası haqqında geniş məlumat verib. Komissiya sədri bildirib ki, bələdiyyələrlə bağlı 70-ə yaxın hüquqi-normativ akt qəbul olunmuşdur ki, bunların da 40-dan çoxu qanunlardır. Qanunların qəbulunda Avropa Xartiyasının müddəaları və prinsipləri nəzərə alınır. Parlament, xüsusən də komissiya hazırda qanunların monitorinqini aparır, qanunların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlayır.

Xəbər lenti

Xəbər lenti