...

Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hilmi Özkökü Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Siyasət Materials 29 İyun 2006 17:07 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hilmi Özkökü Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Trend xəbər verir ki, S.Əbiyevlə H.Özkökün görüşü Müdafiə Nazirliyinin mərkəzi aparatında keçirilib.

S.Əbiyev qonağı salamlayaraq H.Özkökün Azərbaycana səfəriyby iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin hərbi qüvvələri arasındakı əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.

"Azərbayan Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əməkdaşlığa böyük əhəmiyyət verir" - deyə nazir qeyd edib.

S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. "Əgər danışıqlar yolu bir nəticə verməsə, Azərbaycan digər imkanlarından istifadə edəcək", - deyə S.Əbiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti