...

Azərbaycan üzrə yeni həmmərüzəçi Toni Lloyd AŞPA-nın vitse-prezidentidir

Siyasət Materials 29 İyun 2006 17:38 (UTC +04:00)

AŞPA-nın yeni həmməruzəçisi, Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Toni Lloyd 1950-ci ilin fevralın 25-də anadan olub.

T. Lloyd - 2000-ci ildən Assambleyanın üzvüdür və Böyük Britaniyanın Fəhlə Partyiasını təmsil edir. O, AŞPA-dakı sosialistlər qrupuna daxildir, həmçinin AŞPA bürosunun vitse-prezidenti, Monitorinq Komitəsinin (AŞ ölkələrinin öhdəlik və tövsiyələrin icrası üzrə komitə) üzvü, Hüquq Məsələləri və İnsan Haqları üzrə Komitənin üzvüdür.

T.Lloyd AŞPA-nın İnsan Haqları və Milli Azlıqların Hüquqları üzrə yarımkomitələrə daxildir. O, AŞPA-nın İqtisadi Məsələlər və İnkişaf üzrə Komitənin (Robert Valterın) əvəzləyici üzvüdür.

Qeyd edək ki, AŞPA-nın Monitorinq Komitəsinin 29 iyun qərarına əsasən, T.Lloyd vəzifələrindən imtina edən İsveçrəli parlamentari Andreas Qrossun yerinə Azərbaycan üzrə həmməruzəçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti